Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Müstəqillik dövründə ölkə iqtisadiyyatının inkişafında bütün çətinliklərə baxmayaraq daha böyük uğurlar əldə edilmişdir, gələcək perspektivlər də çox ümidvericidir. Bu perspektivlərdən tam istifadə edilməsi isə ilk növbədə iqtisadiyyatda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsindən, yeniliklərə, yeni çağırışlara cavab verməyə qadir olmalarından asılıdır. Bu ilk növbədə müəssisə rəhbərlərinə, maliyyə menecerlərinə aiddir, ona görə ki, son illər bu sahədə qəbul edilmiş çoxsaylı qanun və digər normativ aktların standartlarına riayyət etmək üçün onlardan daima innovatorluq , qabaqcıl təcrübənin öyrənilməsi tələb olunur.

Bu baxımdan maliyyəçilərin peşəkar maraqlarına uyğun ixtisaslaşmış milli nəşrlərə ehtiyac olduğu bir vaxtda, Professioanal Maliyyə Menecerləri Assosiasiyanın (APFM) yeni nəşr etdiyi “Finansist” jurnalı vaxtında dünyaya göz açmaqla yanaşı, həm də ona bəslənən ümidləri tam doğruldacaq.

Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası 29 iyun 2004-cü il tarixli Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununun tətbiqi ilə əlaqədar 2007-ci ildə təsis olunmuş və yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış və hal-hazırda ölkədə ən öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum  kimi fəaliyyətini uğurla davam etdirir.