Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə 1-ci Azərbaycan Beynəlxalq Konfransı

15 oktyabr 2015-ci il tarixində “Fairmont Baku” otelində “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə davamlı inkişaf və korporativ sosial məsuliyyətə dair “Baku CSR Conference - 2015” konfransı keçirildi. Finansist də ənəvi olaraq bu tədbirin rəsmi media partnyoru kimi çıxış etdi. 

Davamlı inkişafa verilən töhfəni artırmaq zərurəti şirkətlərin qarşısına kompleks məsələlər qoyur və həmin məsələlər korporativ sosial məsuliyyət proqramının tətbiqi çərçivəsində öz həllini tapır. Biznesin sosial məsuliyyəti və ya korporativ sosial məsuliyyət (KSM) şirkətlər tərəfindən cəmiyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsində iştirak etmək barədə könüllü qərarın qəbul edilməsi üzrə yeni konsepsiyadır. Azərbaycanda bir sıra şirkət öz KSM strategiyasına malikdir və həmin strategiyalarda sosial-iqtisadi məsələlərin həlli, yerli icmalarda həyat keyfiyyətinin yaxşılaşdırılması, ictimai rifah, habelə ekoloji sabitliyin təmin edilməsi və ətraf mühitin qorunub saxlanması bəyan edilir.

“Baku CSR Conference 2015” konfransı davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodikaların öyrənilməsi üçün əla meydança oldu. Debüt konfransda 300 nəfər nümayəndə və 30 natiq iştirak etdi. Konfransın nümayəndələri arasında Azərbaycanda fəaliyyət göstərən “SOCAR”, “Azercell”, “Access Bank”, “BP”, “EY”, “SAP”, “TeliaSonera”, “Təmiz Şəhər” və “XalqBank” kimi aparıcı şirkətlərin təmsilçiləri var idi. Konfransda həmçinin müxtəlif nazirliklərin və digər dövlət strukturlarının təmsilçiləri, eləcə də məsləhət şirkətləri, beynəlxalq təşkilatlar və xarici ekspertlər iştirak etdi.

Plenar sessiyanın mövzusu “Davamlı inkişaf. Konsepsiya, qlobal trendlər və standartlar” adlanırdı. Konfransın 1-ci plenar sessiyası SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti, APFM Məsləhət Şurasının sədri - Süleyman Qasımovun sədrliyi ilə başladı. O,  SOCAR-da  dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət üzrə geniş və maraqlı məruzə ilə çıxış etdi. Süleyman müəllim çıxışında  həmçinin biznes, liderlik və innovasiya sahəsində əsaslı dəyişikliklər, davamlı inkişaf naminə səmərəli idarəetmə, Azərbaycanda davamlı inkişaf üçün korporativ social məsuliyyətin təkmilləşdirilməsi istiqamətləri və s. mövzulara toxundu, korporativ vətəndaş olmaq məsuliyyətnin əhəmiyyətini bir daha vurğuladı.

Konfransda həmçinin Azərbaycan Respublikasi Gənclər və Idman nazirinin müavini İntiqam Babayev,  Azərbaycan Respublikasının Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Aparıcı Partnyor, Kembric Universitetinin professoru Veyn Visser, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin nəzdində İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, İqtisadi və sosial inkişaf mərkəzinin idarə heyətinin sədri Vüqar Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəleyinin proqram meneceri Olaf Heydelbax, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (“FAO”) nümayəndəsi Mustafa İmir, “AccessBank”-ın idarə heyəti sədrinin müavini Anar Həsənov və başqaları məruzə ilə çıxış etdilər.

Həmçinin, “Fairmont Baku” otelinin “Nizami Gəncəvi” zalında “Baku CSR Conference - 2015” konfransına həsr olunmuş sərgi təşkil olundu. APFM də bu sərgidə iştirak etdi, davamlı inkişaf və korporativ sosial məsuliyyət üzrə fəaliyyətini, eləcə də layihələrini sərgi iştirakçılarına təqdim etdi.

Beləliklə, “Baku CSR Conference” davamlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici təcrübənin öyrənilməsi üçün unikal imkan yaradır. Konfransın keçirilməsi müxtəlif sektorlar arasında bu sahədə dialoqun genişləndirilməsinə kömək edəcək və Azərbaycanda davamlı inkişaf sahəsində gələcək tədbirlər üçün əlavə stimul olacaqdır.