Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

APFM və NIPA arasında Əməkdaşlıq Memorandumu imzalandı

08 aprel 2016-cı il tarixdə  Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM)  ilə Rusiya Federasiyasının Professional Mühasiblər, Maliyyə Menecerləri və İqtisadçılar İnstitutu  (NIPA) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu Saziş, hər iki qurumun daha səmərəli birgə fəaliyyətlərinin təmini məqsədini daşıyır.

Memorandum çərçivəsində əsas fəaliyyət istiqamətləri kimi,  maliyyə və mühasib kadrlarının IFAC-ın üzvlük tələblərinə müvafiq olaraq hazırlanmasında müvafiq tədris materiallarınının hazırlanması sahəsində qarşılıqlı işgüzar informasiya mübadiləsinin həyata keçirilməsi; hər iki qurumda təqdim olunan tədris proqramlarının və kvalifikasiyaların qarşılıqlı tanınması , maliyyə menecmenti və mühasib ixtisasları üzrə ölkə iqtisadiyyatının inkişafı üçün gənc iqtisadçıların hazırlanması və peşəkar səviyyəsinin artırılması; ölkədə maliyyə menecmenti, mühasibat uçotu sahəsində beynəlxalq standartların tətbiqi yolu ilə beynəlxalq statuslu kadrların hazırlanması və daima təkmilləşdirilməsi; Assosiasiyanın nəşr etdiyi “Finansist” jurnalının maliyyə, mühasibat uçotu  sahəsində elmi-praktik vəsait kimi  təbliğ edilməsi , və s. birgə layihələrin keçirilməsi nəzərdə tutulur.