Redaktordan... APFM səhifəsi…İqtisadi xəbərlər…Kəlamlar…Ziyalı baxışı…Müsabiqə…Təqdimat…Maraqlı həyat…Peşəkar mütəxəssis…Azərbaycan…Elmə gəncin gözü ilə…Tanınmış həmkarlar…İFRS əslində asan imiş…Vergi sistemləri…Maliyyəni ram edək…Bilməyə dəyər…Audit standartları…İbrətamiz hekayələr…Lətifələr…Bank hesabatı…Krossvord…Elanlar və anonslar
 
 
 
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması və şəfaf biznes proseslərin həyata keçirilməsi üzrə müəssisə  və təşkilatlara şəraitin yaradılması, bu sahədə beynəlxalq təcrübədən (anoloji təşkilatların) istifadə etməklə islahatların aparılması istiqamətində mövcud tapşırıqları və sərəncamları olmuşdur.

Bu istiqamətdə ölkəmizdə müəssisə və təşkilatların fəaliyyət sahələrində effektivliyin artırılması üzrə struktur dəyişiklikləri aparılmış və müasir idarəetmə modellərində struktur təşkilatları formalaşdırılmışdır. Qeyd olunan islahatların aparılması mövcud bazar iqtisadiyyatının tələblərinə əsasən ölkəmizdə də fəaliyyət göstərən müəssisə və təşkilatların öz mövqelərini qoruyub saxlamaq və inkişaf etdirmələri üçün biznes prosesləri sisteminə yenidən baxmaları və rəqabətli bazar şəraitində müəssisələrin fasiləsiz şəkildə daxili və xarici bazar mühitin tələblərinə daha yaxşı uyğunlaşması və fəaliyyət səmərəliliyinin yüksəlməsi üçün dəyişikliklər həyata keçirmələri zəruridir.

Məhz şirkətlərdə biznes prosesləri sxeminin düzgün qurulması, xərclərin optimallaşdırılması, müəssisə fəaliyyəti üzərində əməliyyat effektivliyinin artırılması üçün menecerlər heyyətinin bilik və bacarıqları üzərində təkmilləşdirilmə aparılması əsas amillərdən biridir.

Bu məqsədlə də mütəxəssislərin, xüsusilə də APFM üzvlərinin maarifləndirilməsi istiqamətində aparılan işlərin davamı kimi Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası tərəfindən 25 may 2016 tarixində Bakı şəhərində  Royal mehmanxanasında Assosiasiyanın üzvləri üçün “Biznes proseslərinin optimallaşdırılması və əməliyyatların effektivliyinin artırılması” mövzusunda seminar təşkil olundu.

Seminarda prosess anlayışının izahı, biznes proseslərin təhlili və avtomatlaşdırılması, biznes proseslərin təsviri, biznes proseslərin optimallaşdırılması, biznes proseslərin reqlamentləşdirilməsi və s. mövzular əhatə olundu.

Bu sahədə ölkəmizdə, beynəlxalq maliyyə standartlarından, proqram təminatlarından, eyni zamanda son illər biznes proseslərinin optimallaşdırılması üzrə beynəlxalq təcrübələrdən istifadə edərək mütəmadi layihələr həyata keçirən SOCAR, bir təcrübə  modeli formalaşdırmışdır.

SOCAR-ın müəssisə və təşkilatlarında SOCAR rəhbərliyi və xüsusən vitse-prezident  və APFM Məsləhət Şurasının sədri Süleyman Qasımovun təşəbbüsü və rəhbərliyi altında biznes proseslərin optimallaşdırılması üzrə istehsalat, texnologiya, personal, tikinti, təmir, podrat, təchizat, xidmət, anbar təsərrüfatı, nəqliyyat və s. istiqamətlərdə genişmiqyaslı işlər aparılmış və bugün də davam etdirilir. Süleyman müəllimin təşəbbüsü ilə bu proseslərin, beynəlxalq təcrübəni dərindən və ətraflı öyrənmək və tətbiq etmək məqsədi ilə yeni “Biznes proseslərinin optimallaşdırılması” şöbəsinin yaradılmış və fəaliyyətə başlamışdır. Qeyd edək ki, bu təcrübə ilkin olaraq SOCAR-da formalaşdırılmışdır. Adı çəkilən qurum artıq bir neçə ildir beynəlxalq məsləhətçi şirkətlərlə birlikdə SOCAR-da iş aparır.

Seminar SOCAR-ın nümayəndəsi, qeyd olunan qurumun rəhbəri Rəşad Əsgərovun təqdimatında keçirildi.